Modern.az

Məscidə silahlı hücum: 27 ölü

Məscidə silahlı hücum: 27 ölü

2 May 2018, 11:14

Nigeriyada terroristlər məscidə hücum ediblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Adamava əyalətində bir məscidə silahlı hücum təşkil olunub. Hücum zamanı ibadətlə məşğul olan azı 27 nəfər həyatını itirib.Verilən açıqlamada bildirilir ki, xəstəxanaya gətirilən yaralıların vəziyyəti ağırdır. Ölənlərin sayının artacağı qeyd edilib. 

 

Polis terroristlərin iki nəfər olduğunu açıqlayıb. Terroristlər hücum üçün zöhr namazının vaxtını gözləyiblər. Hələ ki, kimlikləri məlum deyil. Hücumu hələ heç bir terror qruplaşması öz üzərinə götürməyib. Ancaq polis Boko Haram terror təşkilatından şübhələnir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır