Modern.az

Moskvadan Yerevana: “Baş nazirin legitimliyi suallar doğuracaq”

Moskvadan Yerevana: “Baş nazirin legitimliyi suallar doğuracaq”

2 May 2018, 11:50

“Ermənistandaki siyasi böhranın güc yolu ilə həllinə cəhd yeni baş nazir nazirin legitimliyini şübhə altına alacaq”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr üzrə Komitə sədrinin müavini Vladimir Cabarov deyib.

“Bu yolla hakimiyyətə gəlmək olmaz. Çünki baş nazirin legitimliyinə suallar doğuracaq”.

 

Komitə sədrinin müavini ölkədəki situasiyanı təhlükəli adlandırıb.

“Təəssüf ki, prezident formasından parlament formasına keçid bu qədər ağrılı keçdi. Deməli heç də hər şey sonuna qədər düşünülməmişdi. Görünən odur ki, situasiya hansısa anda əldən buraxılıb”.

 

Vladimir Cabarov təcili parlament seçkilərinin keçirilməsinin vacibliyindən danışıb.

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı