Modern.az

Nazir yeni departament rəhbəri təyin edəcək  

Nazir yeni departament rəhbəri təyin edəcək   

Aktual

2 May 2018, 12:14

Azərbaycan Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Modern.az-a verilən məlumata görə, departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.


Vergilər Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq departamentə yeni rəhbər təyin olunmadığı bildirilib:

“Təyinat olacağı təqdirdə ictimaiyyətə açıqlanacaq”.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir