Modern.az

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Aktual

2 May 2018, 12:30

Milli Məclisin mayın 4-də keçiriləcək iclasının gündəliyi məlum olub. Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə  21 məsələ daxildir.

 

Bunlar aşağıdakılardır:

 

-  İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında 

- "Torpaq islahatı haqqında" qanuna dəyişiklik; 

- Torpaq Məcəlləsinə dəyişiklik ;

- "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik; 

- "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik; 

- "İctimai televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik; 

- "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında 

- "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanuna dəyişiklik; 

- "Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişiklik; 

- "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" qanuna dəyişiklik; 

- "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında" qanuna dəyişiklik; 

- "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" qanuna dəyişiklik; 

- "Mədəniyyət haqqında" qanuna dəyişiklik; 

- "Məlumat toplularının hüquqi qorunması haqqında" qanuna dəyişiklik; 

- "Memarlıq fəaliyyəti haqqında" qanuna dəyişiklik; 

- "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanuna dəyişiklik; 

- "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik; 

- "Sosial sığorta haqqında" qanuna dəyişiklik; 

- "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ikinci oxunuşda.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər