Rusiya Dumasının vitse-spikeri, bədnam Vladimir Jirinovski yenidən imperiya ambisiyalarına sadiq olduğunu nümayiş etidirb. O, KİV-ə açıqlamasında deyib ki, perspektivdə keçmiş SSRİ-yə daxil olmuş 15 respublikadan ibarət yeni İttifaq dövləti yaradılacaq.
Modern.az bildirir ki, vitse-spiker bu barədə Rusiyanın “Region” portalına müsahibəsində bildirib. Jirinovskinin sölərinə görə, tezliklə Ukrayna və Moldova “Rusiya-Belarus İttifaqı”na daxil olacaq.
“Biz indi federal dairələr sistemini təklif edirik. Artıq 8 dairə var. Bu il paytaxt Moskva 9-cu olacaq. 10-cu Belarusdur. Gələckəkdə bura Pribaltika daxil ediləcək. 12-ci Moldova ilə birlikdə Odessa, 13-cü Cənubi Sibir və şimali Qazaxstan, 14-cü Orta Asiyanın daxil olduğu Daşkənd və Azərbaycanın daxil olduğu Xəzərsahili dairədir. Vəssalam! Hamı yenidən Rus imperiyasının və SSRİ xalqları ailəsinə qayıdacaq”-deyə Jirinovski sərsəmləməsində bildirib.