Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinə namizədliyi rəsmi olaraq təsdiq olunub.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, MHP-nin qərarı ilə AKP-nin rəhbəri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinə namizəd olaraq irəli sürülüb.
Bu qərarı MHP qrupu bu gün mətbuata qapalı olan iclasından sonra açıqlayıb. Ərdoğanın namizədliyi ilə bağlı 4 may tarixində Ali Seçki Şurasına müraciət ediləcəyi gözlənilir.
Xatırladaq ki, Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri 24 iyun tarixində keçiriləcək.