Modern.az

“Vətən” partiyası ilə CHP arasında fikir ayrılığı yarandı

“Vətən” partiyası ilə CHP arasında fikir ayrılığı yarandı

2 May 2018, 16:08

Cumhuriyyət Xalq Partiyasının rəhbər köməkçisi Bülent Tezcan “ Vətən” partiyasını yeni yaradılan koalisiyaya daxil etmədiyini açıqlayıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, CHP, “İYİ Parti”, “Səadət partiyası” və Demokratik Partiya növbədənkənar parlament seçkilərində koalisiya yaradırlar. Bu koalisiyadan “Vətən” partiyası kənarda qalıb.

 

Qey edək ki, “Vətən” partiyasının sədri Doğu Perinçek Kemal Kılıçdaroğluna bu koalisiyaya daxil olmaq istədiyini bildirmişdi. Kemal Kılıçdaroğlu təklifi qəbul etsə də, sonradan yaradılan ittifaqa “ Vətən” partiyasını daxil etməyib.

 

Doğu Perinçek məsələylə bağlı açıqlama verərək bildirib ki, Vətən partiyası həm MHP-dən, həm də AKP-dən daha çox səs yığa bilər: “ Mübarizəmizi davam edəcəyik. İki il ərzində Türkiyədə yenidən seçkilər olacaq, biz layiq olduğumuz yerdə olacayıq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU