Modern.az

Azərbaycanlı dipolmat tacik mətbuatına nə danışıb?

Azərbaycanlı dipolmat tacik mətbuatına nə danışıb?

Təhsil

18 Avqust 2011, 14:17

Azərbaycanın bu günkü uğurları, neft siyasəti, iqtisadi yüksəlişi, eləcə də mədəniyyəti və tarixi barədə  Tacikistanın  “Biznes I politika”   qəzetində geniş  məqalə dərc edilib. 
(//www.gazeta-bip.net/interview/3384-nashi-narody-obedinjajut-glubokie-kulturnye-uzy)

“Bizim xalqları dərin mədəni köklər bağlayır” adlı müsahibdə Azərbaycanın Tacikistandakı səfirliyinin müvəqqəti işlər vəkili İlham Zamanov tacik jurnalisti Murod Raximovun suallarını cavablandırəb. O, 20 illik müstəqillik tarixini qeyd edən  Azərbaycanın Tacikistanla əlaqələrindən,  hər iki ölkə prezidentlərinin  qarşılıqlı səfərləruindən, BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfinin təklif etdiyi “Beynəlxalq Novruz günü” təklifinin Tacikistan xalqının da dəstəkləməsindən, 20 illik müstəqillik illəri ərzində Azərbaycanın keçdiyi ağır tarixi yoldan, Ermənistanın  təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın  işğal edilməsindən, torpaqlarımızın geri qaytarılması barədə nüfuzlu beynəlxalq  təşkilatların çıxardığı qərarlardan danışıb.  Jurnalistin “Sizin iqtisdai uğurlarınızın sirrləri nədədir” sualını cavablandıran Azərbaycan diplomatı İlham Zamanov iqtisadı sahədə mukəmməl dövlət proqramlarının qəbul edildiyini, bu sahədə beynəlxalq  standartlara cavab verən  hüquqi bazanın olduğunu, özəlləşdirmə və investisiya qoyuluşu üçün  münbit ab-havanın yaradıldığını diqqətə çatdırıb.  Məqalədə eyni zamanda Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına namizədliyi barədə də fikir mübadiləsi aparılıb.

Ləman Ağayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım