Modern.az

ABŞ-ın dövlət katibi Pompeo vəzifəsinin icrasına başlayıb

ABŞ-ın dövlət katibi Pompeo vəzifəsinin icrasına başlayıb

3 May 2018, 01:20

 

ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün Ağ Evdə keçirilən andiçmə mərasimindən sonra rəsmən vəzifəsinin icrasına başlayıb.

 

APA-nın məlumatına görə, aprelin 27-də ABŞ Senatı M.Pompeonu dövlət katibi postuna təsdiqləyib.

 

Beləliklə, Mayk Pompeo ABŞ-ın 70-ci dövlət katibi olub. O, bu vəzifədə Reks Tillersonu əvəzləyib.

 

 Qeyd edək ki,  55 yaşlı Mayk Pompeo bundan әvvәl Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı