Modern.az

İctimai Palatanın YAP-a cavabı: “Bu təkliflər təkcə hakim partiyaya ünvanlanmayıb”

İctimai Palatanın YAP-a cavabı: “Bu təkliflər təkcə hakim partiyaya ünvanlanmayıb”

Təhsil

18 Avqust 2011, 15:23

“Mübariz Qurbanlının mövqeyi YAP-ın və hakimiyyətin siyasi mövqeyinin ifadəsi kimi qəbul oluna bilər”. Bu sözləri Modern.az-a açıqlamasında İctimai Palatanın hakim partiyaya təqdim etdiyi “Yol xəritəsi”nin müəlliflərindən olan Pənah Hüseyn təkliflərlə bağlı hakim partiyanın mövqeyini şərh edərkən bildirib.

Qeyd edək ki, YAP icra katibinin müavini Mübariz Qurbanlı İctimai Palatanın bu təkliflər paketini “mənasız” adlandıraraq bunu müzakirə etməyin lazımsız olduğunu bildirib.

Pənah Hüseyn isə qeyd edib ki, “Yol xəritəsi” ölkədə siyasi proseslərin idarə olunan şəkildə cərəyan etməsi üçün İctimai Palatanın təqdim etdiyi bir layihədir.
“Bu layihə istənilən zaman islahatlar başlayan zaman istifadə oluna bilər”.

Eks-deputatın sözlərinə görə, bu təkliflər təkcə YAP-a ünvanlanmayıb. “Bu, İctimai Palatanın ölkədə gedən proseslərin cəmiyyətə, hakimiyyətə, beynəlxalq aləmə bir təqdimatıdır. Bizim təkliflərimiz eyni zamanda bizim platformamızın da bir sıra xüsusiyyətləri barədə təsəvvür yaradır. Bu, həm də cəmiyyət üçün də lazım olan bir sənəddir”-deyə P.Hüseyn vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım