Modern.az

Göygöl sakini  özünü bıçaqlayaraq öldürdü

Göygöl sakini  özünü bıçaqlayaraq öldürdü

Aktual

3 May 2018, 01:39

 

Göygöl rayon sakini Tovuzda intihar edib.

Modern.az  xəbər verir ki, rayonun Mollacəlili kənd sakini, 1972-ci il təvəllüdlü Nəsibov Aqil Şəmil oğlu ürək nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb.

Onu xəstəxanaya gətirən şəxslər A. Nəsibovun özünü Tovuzda işlədiyi fermada bıçaqladığını deyiblər.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir