Modern.az

ABŞ-da hərbi təyyarə qəzaya uğradı - 9 ölü  

ABŞ-da hərbi təyyarə qəzaya uğradı - 9 ölü   

3 May 2018, 10:03

ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir.

Modern.az xəbər verir ki, bu haqda CNN hərbi mənbələrə istinadən məlumat yaydıb.

Məlumata görə, təyyarənin göyərtəsində 9 nəfər olub.

Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi.

Məlumata əsasən, Puerto-Riko Milli Qvardiyasının 156-ci aviasiya bölməsinə məxsus təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən qəzaya uğrayıb və avtomobil yolunun üzərinə çırpılıb. O da bildirilir ki, xoşbəxtlikdən həmin anda yol boş olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir