Modern.az

Altı ayda 353 erməni Dağlıq Qarabağı tərk edib

Altı ayda 353 erməni Dağlıq Qarabağı tərk edib

Təhsil

18 Avqust 2011, 16:19

2011-ci ilin birinici yarısında Dağlıq Qarabağı orada yaşayan 353 nəfər erməni tərk edib. Modern.az bildirir ki, bu barədə işğal altında olan Dağlıq Qarabağdakı qondarma qurumun “statistika xidmətinin” rəhbəri Arevik Saakyan məlumat verib. Onun sözlərinə görə, Qarabağa ən çox gələnlər Ermənistandan olub. Birinci yarımil ərzində Ermənistandan 492 nəfər Dağlıq Qarabağa səfər edib. MDB ölkələrinin vətəndaşları Qarabağa səfər etməyə meyl göstərmirlər. Bu müddət ərzində Azərbaycanın işğal olunmuş torpaqlarına MDB ölkələrindən cəmi 25 nəfər gələn olub.
Dağlıq Qarabağı tərk edənlərin 341 nəfəri Ermənistana gedib.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım