Ermənistanda banka silahlı hücum: Ölən var | Modern.az
Menu
Ermənistanda banka silahlı hücum: Ölən var
3 May 2018, 15:27
Yerevanda HSBC bankına silahlı hücum olub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, naməlum şəxs banka daxil olaraq mühafizəçini güllələyib. Əraziyə gələn polisə də silahlı müqavimət göstərən cinayətkar sonda təslim olub.