Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2011-2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyat müddəti 2011-ci il 19 avqust saat 14:00-dək uzadılıb.
Qeyd edək ki, qeydiyyat avqustun 8-dən başlayıb. Sabah saat 14:00-dək təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Modern.az