Modern.az

Dövlət idarəsinin rəisi həbs edildi

Dövlət idarəsinin rəisi həbs edildi

3 May 2018, 15:43

“Roskosmos”-un dövlət aviasiya idarəsinin rəisi Vladimir Barisov həbs olunub.

 

Modern.az “RBK”ya istinadən xəbər verir ki, onun hələ iyulun 30-na qədər həbsdə saxlanılacağı bildirilir.

Borisov “xüsusilə böyük miqdarda vəsaiti mənimsəmək” maddəsi ilə ittiham olunur.

 

Məmurun Meşansk rayon məhkəməsinin qərarı ilə həbs olunduğu məlumdur.

 

Qeyd edək ki, onun hələ aprelin ortalarından Moskvadakı müvəqqəti saxlama təcridxanalarından birində saxlanıldığı məlum idi. Lakin mayın 3-nə kimi onun həbsi barəsində məlumat verilmirdi. Məhkəmənin qərarı ilə onun hələ iyulun 30-nadək həbsdə saxlanılacağı bildirilir.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir