Modern.az

Gənc xanım icra başçısının müavini oldu  

Gənc xanım icra başçısının müavini oldu   

3 May 2018, 15:52

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yeni təyinat olub.

Modern.az Unikal.org-a istinadən xəbər verir ki, həmin vəzifəyə 30 yaşlı Anara Kamil qızı Hacıbəyli təyin edilib.

A.Hacıbəyli İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında baş məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Anara Hacıbəyli ailəlidir və iki övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir