Modern.az

31 yaşlı Şirvan sakini itkin düşüb - FOTO

31 yaşlı Şirvan sakini itkin düşüb - FOTO

3 May 2018, 16:17

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Şirvan şəhər sakini, 31 yaşlı Vasif  Nağıyev cari il aprelin 28-də  yaşadığı evdən siqaret çəkmək adı ilə çıxaraq  bir daha geri qayıtmayıb.

 V. Nağıyevin əlamətləri belədir: Boyu 172 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyidir.  Evdən çıxarkən əynində qara rəngli gödəkçə, boz rəngli şalvar, və qara ayaqqabı olub.

 Şəkildə gördüyünüz şəxsi  tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir