Modern.az

Şərabçılığın inkişafına dair Dövlət Proqramı təsdiq edildi

Şərabçılığın inkişafına dair Dövlət Proqramı təsdiq edildi

3 May 2018, 16:48

Prezident İlham Əliyev “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlər görsün.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə əlaqələndirsin və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir