Modern.az

Dövlət Komitəsinin iki idarə rəisi sərəncama götürülüb

Dövlət Komitəsinin iki idarə rəisi sərəncama götürülüb

3 May 2018, 18:20

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müvafiq əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.

 

Bu barədə Modern.az-a DGK-dan məlumat verilib.

 

Komitə bildirir ki, ötən gün DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir