Modern.az

Yanğınsöndürənlər nanotexnologiyalardan istifadə edəcəklər

Yanğınsöndürənlər nanotexnologiyalardan istifadə edəcəklər

3 May 2018, 23:12

Dubayın Mülki Təhlükəsizlik İdarəsi yanğın barədə məlumatlara dünya üzrə hamıdan tez – 30 saniyə ərzində reaksiya verəcək. Hazırda dünya üzrə orta normativ 8 dəqiqə təşkil edir.

 

Modern.az xəbər verir ki, bu, yanğın alovlanmağa başlayanadək söndürmək imkanı verəcək nanotexnologiyalar və müstəqil yanğınsöndürmə sistemlərinin tətbiq edilməsi sayəsində mümkün olacaq. Dispetçerin pultuna zəng daxil olan anda yanğınsöndürənlər briqadasına yanğının təfsilatı və söndürülməsinə dair müfəssəl hazırlanmış plan göndəriləcək. Layihə xidmətlərin saxlanılması xərclərinin azaldılmasına, həmçinin yollarda tıxacların əmələ gəlməsinin qarşısını almağa şərait yaradacaq. (AZƏRTAC)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı