Ötən gecə UEFA-nın Avropa Liqasında yarımfinalın cavab oyunları keçirilib.
Modern.az-ın məlumatına görə, hər iki iki matç finalçıların adını müəyyən edib.
Erkən final adlandırılan “Atletiko” – “Arsenal” cütü bu dəfə Madriddə üz-üzə gəlib. Londonda keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alınmışdı. "Atletiko" finala adlayıb.
Digər görüşdə isə “Zalsburq” “Marseli”i qəbul edib. İlk görüşdə 0:2 hesabı ilə uduzan Avstriya təmsilçisi bu dəfə eyni hesabla qalib gəldiyindən ikinci finalçının adı əlavə vaxtda bilinib. Sona 4 dəqiqə qalmış rəqib qapısına yol tapan "Marsel" finala vəsiqə qazanıb.
3 may
Avropa Liqası
Yarımfinal, cavab oyunları
"Atletiko” (İspaniya) – "Arsenal” (İngiltərə) - 1:0
Qol: Dieqo Kosta, 45+2
İlk oyun - 1:1
Baş hakim: Canluka Rokki (İtaliya)
"Zalsburq” (Avstriya) – "Marsel” (Fransa) - 2:1 (Əlavə vaxtda)
Qollar: Haidar, 53 (1:0), Sarr, 65-avtoqol (2:0), Ronaldo, 116 (2:1)
İlk oyun - 0:2
Baş hakim: Sergey Karasyov (Rusiya)