Modern.az

İslandiya parlamentində Dağlıq Qarabağ problemi müzakirə olunub

İslandiya parlamentində Dağlıq Qarabağ problemi müzakirə olunub

19 Avqust 2011, 10:56

İslandiyada səfərdə olan Milli Məclisin deputatı Fuad Muradov bu ölkənin parlamentinin üzvləri ilə görüşlər keçirib. Deputat Modern.az-a bildirib ki, ikitərəfli görüşlər zamanı bir sıra məsələlər müzakirə olunub. Əvvəlcə Azərbaycan haqqında İslandiya parlamentarilərinə ətraflı mlumat verən millət vəkili ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolundan bəhs edib. Görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi də əsas müzakirə mövzularından olub. Millət vəkili Ermənistanın Azərbaycana təcəvüzü nəticəsində 20 faiz torpaqların işğal olunduğunu və 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından zorla çıxarıldığını İslandiya parlamentarilərinin diqqətinə çatdırıb.
F.Muradov bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan tərəfi buna məhəl qoymur. Azərbaycanın problemi sülh yolu ilə həll etməyə tərəfdar olduğunu bildirən millət vəkili atəşkəs dövründə erməni tərəfinin atəşkəsi pozması nəticəsində minlərlə insanın öldürüldüyünü diqqətə çatdırıb. Hətta azyaşlı uşaqların da erməni snayperləri tərəfindən açılan atəş nəticəsində öldürülməsi faktları da vurğulanıb.

İkitəfəli müzakirələr zamanı Azərbaycan və İslandiya parlamentləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi  bildirilib. Həmçinin yaxın müddətdə İslandiya parlamentinin üzvlərinin Azərbaycana səfəri müzakirə olunub.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı