Modern.az

DİM SAT imtahanı keçirəcək

DİM SAT imtahanı keçirəcək

4 May 2018, 09:35

Mayın 5-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.

DİM-dən Modern.az-a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.

İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/sat/

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir