Hindistanda qum fırtınası səbəbilə ölənlərin sayı durmadan artır.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Racistan, Pradeş və Uttarakhand əyalətlərində qum fırtınası artıq 125 nəfərin həyatına son qoyub. Yüzlərlə adam yaralanıb. Pəncab və ona yaxın ərazilərdə evlər dağılıb, elekrtik dirəkləri yıxılıb, minlərlə heyvan tələf olub. Məlumatlarda ölənlərin çoxunun şiddətli fırtınaya düşdüyü və ya dağılan evlərin altında qalıb canverdiyi bildirilir.
Hindistanın baş naziri Narendra Modi hadisələrə görə təəssüf hissi keçirdiyini və fəlakətdən əziyyət çəkənlərə yardım ediləcəyini qeyd edib. Ölü sayının yenə də artacağı güman edilir. Sinoptiklər isə hava şəraitinin daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib