Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoöanın növbədənkənar prezident seçkilərində namizəd olduğu ictimaiyyətə açıqlanıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Cumhuriyyət İttifaqının protokoluna imza atıb.
“ Növbədənkənar prezident seçkilərində Cumhuriyyət İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğandır”
Protokolun bu gün Ali Seçki Şurasına təqdim olunacağı gözlənilir. Beləliklə Ərdoğan rəsmi olaraq AKP-nin prezident namizədi seçilib.