Yaponiya sakinləri sunaminin yaratdığı zəlzələ zonasındaakı dağıntılar arasından tapdıqları 50 milyon dollara qədər pulu və qiymətli əşyaları polisə təhvil veriblər. Modern.az bildirir ki, yapon polisi həmçinin altı min seyf taparaq sahiblərinə qaytarıb.
Hakimiyyət nümayəndələrinin məlumatlarına görə, dağıntı yerlərində axtarış aparan yerli sakinlər və könüllülər indiyə qədər tapdıqları əmanətləri və və pul portmanatlarını polisə təhvil verirlər. Bütün qiymətli məmulatlar sahiblərinə qaytarılıb.
Mart ayında Yaponiyada baş vermiş zəlzələ 16 min insan həyatına son qoyub. Yüz minlərlə insan evsiz-eşiksiz qalıb.