Modern.az

Deputat həkim və dərmanların reklamına qarşı çıxdı

Deputat həkim və dərmanların reklamına qarşı çıxdı

Aktual

4 May 2018, 13:22

Milli Məclisin deputatı Çingiz Qənizadə televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxış edib.

 

Modern.az-ın xəbərinə görə, parlamentin plenar iclasında çıxış edən deputat Çingiz Qənizadə deyib ki, həkimlərin və dərmanların televiziya kanallarında kortəbii reklamına yol vermək olmaz.

 

“Özümüzü zay həkimlərdən qorumalıyıq. Nə qədər televiziylarda həkimlərin reklamını etmək olar? Hələ bu azmış kimi artıq telefonlar vasitəsilə də insanları özlərinə cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz”.

 

Ç. Qənizadə qeyd edib ki, televiziya kanallarında müxtəlif verilişlər var ki, orada həkimlərin və dərmanların kütləvi şəkildə reklamları aparılır. “Bunun qarşısı alınmalıdır. Çünki, insanlar buna görə həm maddi, həm mənəvi narahatlıq keçirirlər. Çox təəssüf ki, televiziya kanallarında sosial reklamlar ümumiyyətlə yoxdur. Səhiyyə Nazirliyi bununla bağlı reaksiya verməlidir. Dərman və həkimlərin kortəbii reklamının qarşısının alınması istiqamətində təkliflər verməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir