Modern.az

Ziyafət Əsgərov parlament jurnalistlərini tənqid etdi  

Ziyafət Əsgərov parlament jurnalistlərini tənqid etdi   

Aktual

4 May 2018, 14:02

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin televiziyasının yaradılması təklif edilib. 

 

Modern.az-ın məlumatına görə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Məmmədov (Babaoğlu) belə təklif səsləndirib.

 

O deyib ki, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var: “Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlanmalıdır”. 

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, qanun layihələri qəbul edilir, müəyyən məsələlər müzakirə olunur, amma jurnalistlər buna diqqət yetirmirlər:

 

“Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər