Modern.az

CHP-li namizəd seçicilərini səfərbərliyə çağırdı

CHP-li namizəd seçicilərini səfərbərliyə çağırdı

Aktual

4 May 2018, 16:35

Cumhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə səfərbərlik elan edib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İncə Birinci Məclis qarşısında xalqa müraciət edib: “Bir namizədiniz olaraq 51 günlük səfərbərlik elan edirəm. İndidən deyirəm, Ramazan ayında gecə 01:30-da tədbirlərimiz olacaq.

 

Rəhbərimiz Mustafa Kemal Atatürkdür. Onun kimi münaqişə çıxarmadan, kürdü, ələvini,türkü, sünnisini ayırd etmədən bütün milləti bir yerə toplamağa gəlmişəm”.

 

Məhərrəm İncə sonda gənclərə müraciət edib: “ Gənclərim,  övladlarım, qardaşlarım, unutmayın. Keçmişlə bu günü toqquşduranlar gələcəyi itirərlər. Mən gələcəyimizi geri almaq istəyirəm”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır