Modern.az

Ajda Pekan, Sertab Erener Ərdoğanla birlikdə Somaliyə getdilər

Ajda Pekan, Sertab Erener Ərdoğanla birlikdə Somaliyə getdilər

Təhsil

19 Avqust 2011, 13:04

Türkiyənin bir qrup tanınmış sənətçisi baş nazir Rəcəb Tayyib Ərdoğanla Somaliyə gedib. Modern.az “Hurriyət” qəzetinə istinadən bildirir ki, ünlü sənətçilər Ajda Pekkan, Sertab Erener, Müəzzez Ərsoy, Nihat Doğan Somalidə aclıq çəkənlərə dəstək olmaq üçün paytaxt Moqadişiyə gediblər.

Təyyarədə həmçinin hakim AKP-nin qrup rəhbəri Mustafa Elitaş, “Doğan Holdinq”in rəhbələrindən Arzuhan Yalçındağ və digərləri olub.

Onları gətirən təyyarə Moqadişi hava limanında eniş edərkən avialaynerin qanadı yerə doxunub. Pilot uçuş zolağının çox pis vəziyyətdə olmasından şikayətlənib. Təyyarənin qanadının yerə dəyməsi Ajda Pekanı möhkəm qorxudub.

Qeyd edək ki, Türkiyənin baş naziri bu gün Somaliyə aclıq çəkən əhaliyə dəstək olmaq üçün gedib.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım