Britaniya qırıcıları Rusiyanın “İL-20” kəşfiyyat təyyarəsini Qara dəniz üzərində müşayiət ediblər.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun Hərbi Hava Qüvvələrinin rəsmi “Twitter” səhifəsində məlumat yerləşdirilib.
“NATO”nun Rumıniyada yerləşdirilmiş kontingentinin tərkibində fəaliyyət göstərən Britaniyanın iki “Tifon” (Typhoon) tipli qırıcısı Rusiyanın “İL-20” radioelektron kəşfiyyat təyyarəsini müşayiət edib.
Qeyd edək ki, NATO səkkiz ölkənin (ABŞ, Böyük Britaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, İspaniya, Türkiyə və Ukrayna) iştirakı ilə mayın 4-dən 11-nə kimi Qara dənizdə təlimlər keçirir. Təlimlərin məqsədi hava, dəniz və sualtı təhlükələrə qarşı mütəşəkkil mübarizənin təşkilidir.