Modern.az

Türkiyə və Yunanıstan gəmiləri toqquşub

Türkiyə və Yunanıstan gəmiləri toqquşub

4 May 2018, 18:15

Türkiyənin Nəqliyyat, Dənizçilik və İnformasiya Texnologiyaları Nazirliyi Egey dənizində Türkiyənin yük gəmisi ilə Yunanıstanın hərbi gəmisinin toqquşması faktını təsdiq edib.

 

Modern.az –ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, qəza səhər saatlarında Lesbos adasında qeydə alınıb.

 

Toqquşma nəticəsində gəmilərə zərər dəysə də batmayıb və hər iki gəminin göyərtəsində olan sərnişinlər xəsarət almayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı