Modern.az

Məleykə Abbaszadə: "Bəzi tələbələrin balları çatsa da, ali məktəblərdən ixtisas seçmədilər"

Məleykə Abbaszadə: "Bəzi tələbələrin balları çatsa da, ali məktəblərdən ixtisas seçmədilər"

Təhsil

19 Avqust 2011, 13:19

Ali məktəblərə qeydiyyat prosesi bü gün saat 14-00-da başa çatacaq. Modern.az saytı xəbər verir ki, bu barədə danışan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, indiyə qədər  ali məktəblərin dövlət sifarişli yerləri üzrə 99,15 faiz abituriyent qeydiyyatdan keçib. Ali məktəblərə ölkə üzrə ümumi qeydiyat 96, 29 faiz təşkil edir.

Məleykə Abbaszadə onu da bildirib ki, bütün dövlət üniversitetlərində 97, 98, 99 faiz qeydiyyat müşahidə olunub. Özəl ali məktəblərdə qeydiyyata gəlincə, bu, Bakı İslam Universiteti 87 faiz, Azərbaycan Universitetində 88 faiz, Bakı Asiya Universitetində 72 faiz, Qərb Universitetində  92 faiz, Xəzər Universitetində 87 faiz, Qafqaz Universitetində 95 faiz, Təfəkkür Universitetində 89 faiz, Bakı Avrasiya Universitetində 78 faiz, Bakı Qızlar Universitetində 90 faiz, Odlar Yurdu Universitetində isə 81 faiz təşkil edir. 

TQDK sədri ali məktəblərdə boş qalan yerlərə düşmək üçün balları çatan tələblərin olduğunu vurğulayıb. “Boş qalan yerlərə düşmək üçün balları çatan tələblər  var idi, lakin onlar orta ixtisas məktəblərində ödənişsiz təhsil almağı daha üstün tutduğu üçün orta ixtisas məktəblərinə qəbul olunublar.”  

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım