Modern.az

Trampla Kim Çen burada görüşəcəklər 

Trampla Kim Çen burada görüşəcəklər 

4 May 2018, 22:14

Amerika Prezidenti Donald Tramp ABŞ və KXDR arasında keçiriləcək ikitərəfli sammitin yerinin və vaxtının razılaşdırıldığını bildirib.

 

Modern.az  xəbər verir ki, ABŞ-ın dövlət başçısı razılaşmanın detallarını jurnalistlərə açıqlamayıb.

 

“Bizim Şimali Koreya ilə çox məzmunlu danışıqlarımız gedir. Girovlar (KXDR həbsxanalarında saxlanılan 3 amerikalı) barədə çox şey baş verib. Güman edirəm ki, çox yaxşı xəbərlər olacaq”, - deyə prezident bildirib.

 

Hazırda ABŞ və KXDR Donald Tramp və Kim Çen In arasında görüşün detallarını müzakirə edir. Bir qədər əvvəl Birləşmiş Ştatların prezidenti sammitin 3 və ya 4 həftədən sonra Koreyanın cənubu və şimalı arasındakı sərhədyanı Panmuncom məntəqəsində keçirilə biləcəyini demişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı