Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xeyli irəliləyişlər əldə olunub. Modern.az saytı xəbər verir ki, bu barədə YAP-nın rəsmi internet saytına “Dağlıq Qarabağın bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov məlumat verib. Bayram Səfərov bildirib ki, xarici ölkələrdə “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin nümayəndəliklərinin yaradılması ilə bağlı işlər aparılır, artıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xeyli irəliləyişlər əldə olunub və bu da müsbət nəticələr verməkdədi. Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələyə xüsusi diqqət yetirir və görülən işlər öz bəhrəsini verməkdədir.
Bayram Səfərov onu da bildirib ki, bu işdə xarici ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız çox fəaldırlar.
““Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi olaraq Ermənistanın işğalçılıq siyasətini beynəlxalq müstəvidə ifşa etmək fəaliyyətimizi davam etdiririk”-deyə o qeyd edib.
Modern.az