2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının ikinci mərhələsində boş qalan plan yerlərinə 327 nəfər qəbul olunub. Modern.az saytı xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Məleykə Abbaszadə bildirib ki, magistraturanın ikinci mərhələsinə 327 nəfər qəbul olunub, qeydiyyatdan isə 225 nəfər keçib. Ümumilikdə isə 68, 81 faiz qeydiyyat müşahidə olunub.
Qeyd edək ki, magistraturaya qeydiyat prosesi bu gün başa çatır. Qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Mail Ağaxanov