Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyan bəyan edib ki, baş nazir seçiləcəyi təqdirdə milli razılaşma hökuməti təşkil edəcək.
Modern.az-ın rus mediasına istinadla verdiyi xəbərə əsasən, onun sözlərinə görə, Nazirlər Kabinetinin gələcək tərkibi ilə bağlı bir neçə variant var:
“Lakin seçim siyasi vəziyyətdən asılı olacaq. Demokratik, düzgün seçkilər üçün tam şərait yaradığı zaman istefa verəcəyəm”.