Modern.az

Livanda 9 ildən sonra ilk dəfə parlament seçkiləri keçirilir

Livanda 9 ildən sonra ilk dəfə parlament seçkiləri keçirilir

6 May 2018, 10:57

Livanın bütün regionlarında parlament seçkilərində səs vermək üçün seçki məntəqələri açılıb.

 

Modern.az-ın məlumatına görə, səsvermə yerli vaxtla 19:00-dək davam edəcək.

 

Parlamentin 128 yerinə qeydə alınmış 976 namizəd iddia edir. Bununla, parlamentdə yerlər 11 qrup arasında etnokonfessional göstəriciyə görə bölüşdürülüb. Məsələn, sünni və şiə müsəlmanlar ayrı-ayrılıqda 27 yer alıblar, maronit xristianlar - 37 yer.

Livan vətəndaşları 2009-cu ildən bəri parlament seçkilərində ilk dəfə səs verirlər. Bundan əvvəl fəaliyyətdə olan parlament siyasi qeyri-sabitlik adı altında müstəqil şəkildə öz müddətini üç dəfə uzadıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza