Modern.az

Sabirabadda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Sabirabadda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Aktual

6 May 2018, 22:33

Sabirabad rayonunda cərəyan vurması nəticəsində ölüm hadisəsi baş verib.

 

Modern.az  xəbər verir ki, Saatlının 2001-ci il təvəllüdlü Mustafabəyli kənd sakini Abbasov Elvin Nizami oğlu Sabirabadın Qalağayın kəndində yaşayan dayısıgilə gedib.

 

İlkin məlumata görə, orada işlək vəziyyətdə olan su mühərrikinə toxunması nəticəsində onu elektrik cərəyanı vurub və nəticədə yeniyetmə dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza