Modern.az saytının Bakı Metropoliteninə istinadən verdiyi məlumata görə, artıq bu istiqamətdə inşaat işlərinə başlanılıb. Elmlər Akademiyası stansiyasının ikinci çıxışının tikintisini “Azərtunel metrotikinti” Səhmdar Cəmiyyətinin 1 nömrəli tunel tikinti idarəsi həyata keçirir. Sifarişçi Bakı Metropolitenidir.
Metropolitendən bildirilib ki, çıxış hazır olandan sonra Bakının ən çox müəllim və tələbəsi olan universitetə gediş-gəlişi asanlaşacaq, eləcə də həmin ərazidə nəqliyyat sıxlığı azalacaq.
Tikinti işlərinin sentyabrın 15-nə kimi yekunlaşdırılması nəzərdə tutulub. Tikinti işləri ilə əlaqədar universitetin yaxınlığından keçən yol da müvəqqəti olaraq bağlanıb.