Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Bitki Mühafizəsi Mərkəzinin Aparatında və yerli qurumlarında vakant olan müfəttiş və aqronom vəzifələrinin tutulması üçün müsahibə elan edir:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 iyun 2008-ci il tarixli 5-3 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 08 iyul 2008-ci il tarixində qeydiyyata alınmış (Dövlət qeydiyyat nömrəsi:3405) “Kənd təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq bitki mühafizəsi mərkəzlərində mövcud vakant vəzifələrin tutulması üçün namizədləridən aşağıdakı şərtlər tələb olunur:
-müvafiq sahə üzrə ali ixtisas təhsili (bitki mühafizəsi, aqronomluq, biologiya);
- zərərverici və xəstəliklərin inkişaf fenologiyası, entomofaqları, mübarizə üsulları, bitki mühafizə vasitələri, avadanlıq və cihazlardan istifadə qaydaları və onların iş prinsipini;
-bitki mühafizəsi sahəsində qabaqcıl təcrübə və mütərəqqi metodlardan düzgün və səmərəli istifadə etmək qaydalarını bilməlidirlər.
Kompüter və dil bilikləri olan namizədlərə üstünlük verilir.
Bitki mühafizəsi mərkəzlərində vakant vəzifələrin tutulaması məqsədi ilə müsahibədə iştirak etmək istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilərlər:
Bakı şəhəri, Nərimanov rayonu, N. Nərimanov küçəsi, 7a, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti.
Müraciətlər elektron qaydada da göndərilə bilər.
Əlaqə telefonları: (012) 562-82-24; (012) 562-85-57