Pentaqon rəsmiləri Çinin ABŞ pilotlarına qarşı güclü lazer silahından istifadə etdiyini iddia edirlər.
Modern.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu silah pilotların görmə qabiliyyətinə zərər yetirir.
İnsident ABŞ-ın Afrikadakı Cibuti respublikasında yerləşən ən böyük hərbi bazasında baş verib.
Ekspertlərin fikrincə, bu hadisə Çinin Afrikada öz rəqibinin ən böyük bazası yaxınlığında ilk xarici hərbi baza yaratmaq kimi qərarını təsdiq edir.
Qeyd etmək lazımdır ki bu cür qərar ABŞ-ın qorxduğu ssenarilərdən biridir.
Lakin Çinin iki ölkə arasındakı gərginlik dövründə bu cür insidentlərə yol verməsi onun, bu ssenarini reallaşdırmaqda qəti olduğunu göstərir.
Əvəz ZEYNALOV