Modern.az

Daxili işlər nazirinə qarşı silahlı hücum

Daxili işlər nazirinə qarşı silahlı hücum

7 May 2018, 12:01

Pakistanın daxili işlər naziri Əhsən İqbal silahlı hücuma məruz qalıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İqbalın iştirak etdiyi mitinqdən sonra baş verib.

 

O, mitinq bitdikdən sonra avtomobilinə doğru hərəkət edərkən kürəyindən vurulub. 59 yaşlı nazir əvvəl yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb, daha sonra helikopterlə 140 kilometr uzaqlıqda yerləşən xəstəxanaya aparılıb. Həyati təhlükəsinin olmadığı deyilir.

 

Pəncab polisi hadisəni törədən 20 yaşlı gənci yaxalayıb. Hazırda sorğusu davam edir.

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır