Modern.az

Deputat bu gün ad gününü qeyd edir

Deputat bu gün ad gününü qeyd edir

Təhsil

20 Avqust 2011, 09:31

Modern.az-ın məlumatına görə, bu gün millət vəkili Gülər Əhmədovanın ad günüdür. Deputat 46 yaşını tamam edib.
Gülər Mikayıl qızı Əhmədova 1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir.

1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996–cı ildən Respublika Uşaq Təşkilatının sədridir. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Milli Məclisinin dördüncü çağırış seçkilərində Bakı şəhərinin Xətai rayonundan deputatlığa namizədliyini irəli sürüb və üçüncü dəfə deputat seçilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan-Rusiya, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım