5 may 2018-ci il tarixində Binəqədi rayonunda Ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş iməclik keçirilib.
Modern.az xəbər verir ki, aksiya Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, rayon ərazisində fəaliyyət göstərən sahibkarların, bələdiyyələrin, eləcə də orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin təşkilatçılığı ilə həyata keçirilib.
Ümumilikdə Binəqədi rayonu ərazisində bələdiyyələrin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gənclərinin, orta ümumtəhsil müəsissələrinin şagirdlərinin iştirakı ilə 5000-dən çox ağac və gül kolları əkilmiş, eyni zamanda ərazidəki divarlar rənglənib. Daha sonra 30 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə flaşmob keçirilmiş, 6 №-li Uşaq və gənclərin inkişaf mərkəzinin rəqs kollektivinin ifasında müxtəlif rəqs nümunələri nümayiş etdirilib. Daha sonra aksiya iştirakçıları tərəfindən tort kəsilib.