Modern.az

Azərbaycanlı tələbələrə xoş xəbər

Azərbaycanlı tələbələrə xoş xəbər

Təhsil

20 Avqust 2011, 09:43

Avropa Gənclər Kartının Azərbaycanda  inkişaf potensialını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məsələlərini müzakirə etmək məqsədi ilə,  Avropa Gənclər Kartı Assosiasiyasının İdarəetmə Heyətinin prezidenti Jarkko Lehikoinen Bakıya səfərə gəlir. Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

22  avqust 2011-ci il tarixindən başlayan səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəvəti ilə baş tutur. 

Avropa Gənclər Kartına gəldikdə isə bu, 30 yaşa qədər olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər sahəsində 80.000 xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. 
Bu kart  40 EYCA (European Youth Kart Assosiation) üzv təşkilatı tərəfindən dünyanın 37 ölkəsində buraxılmış və razılıqla qarşılanıb. Dünya üzrə  4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur.

Azərbaycan Avropa Gənclər Kartı Assosiasiyasına 2010-cu ilin mart ayında qoşulub.

Jarkko Lehikoinen (Finlandiya) 2011-ci ilin iyun ayında Amsterdamda keçirilən konfransında EYCA-nın prezidenti vəzifəsinə seçilib.

Jarkko Lehikoinenin Bakıya səfəri  23 avqust tarixinədək davam edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım