Modern.az

Mənzil İnşaat Dövlət Agentliyi Şəhərsalma və Arxitektura Komitəsinə birləşdirilə bilər

Mənzil İnşaat Dövlət Agentliyi Şəhərsalma və Arxitektura Komitəsinə birləşdirilə bilər

Aktual

7 May 2018, 13:36

İlham Əliyev bir müddət öncə keçirilən andiçmə mərasimi zamanı hökumət dəyişikliyi və struktur islahatalarına gediləcəyinin anonsunu verdi, yeni iqtidar komandasının daha optimal strukturda fəaliyyət göstərəcəyinə diqqət çəkdi. Bu anonsun ardınca hökumətdəki bəzi dəyişikliklərin şahidi olduq. Samir Nuriyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilməsi də bu qəbildəndir. Bu dəyişiklikdən sonra boşalan MİDA rəhbəri postuna hazırda təyinat gerçəkləşməyib.

 

Modern.az-ın hökumətdəki mənbədən əldə etdiyi məlumata görə, yaxın vaxtlarda struktur islahatlarının davamı kimi, Mənzil İnşaat Dövlət Agentliyininin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birləşdiriləcəyi gözlənilir.

Təhlillər zamanı yeni yaradılmasına baxmayaraq, MİDA-nın Komitə ilə paralellik təşkil etdiyi müəyyənləşib. Həmçinin, bildirilir ki, MİDA-ya rəhbərliyi zamanı öhdəsinə düşənləri layqincə yerinə yetirməsilə Samir Nuriyevin daha çox etimad qazanması, ona bu yükün altına girməyə imkan verəcək...

 

Qeyd edək ki, 2007-ci ildən Komitəyə rəhbərlik edən Abbas Ələsgərov bu ilin fevralında 81 yaşında vəfat edib.

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilən S.Nuriyev isə buna qədər MİDA-nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza