Yunanıstanda Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyi və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərində keçirilən 15-ci beynəlxalq kitab sərgisində yazıçı, şair, dramaturq Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunmuş təqdimatla çıxış ediblər. Çıxışçılar Hüseyn Cavidin yaradıcılığından,yazdığı əsərlər haqqında və onun müsəlman-türk aləminə verdiyi bədii töhfələrdən,fəlsəfi ideyalardan danışıblar.