Modern.az

“İdman jurnalistikası” magistr proqramına müraciət müddəti uzadıldı

“İdman jurnalistikası” magistr proqramına müraciət müddəti uzadıldı

Aktual

7 May 2018, 14:30

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılan ixtisaslara, o cümlədən, ingilis dilli “İdman jurnalistikası” magistr proqramına 2018-2019-cu akademik dərs ili üçün müraciət müddəti uzadılıb.

 

Belə ki, proqrama olan maraq nəzərə alınaraq, magistr imtahanının I mərhələsindən minimum 50 bal toplayan namizədlər 1 iyun 2018-ci il tarixinədək “İdman jurnalistikası” magistr proqramına qəbul üçün müraciət edə bilərlər: //bit.ly/asapesmedia

Magistr proqramına qəbul imtahanın II mərhələsi Akademiya tərəfindən müsahibə formatında həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, “İdman Jurnalistikası” Magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir.

 

Təhsil proqramı Böyük Britaniyanın Şeffield Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. “İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

 

Bununla yanaşı, “İdman jurnalistikası” ixtisasına qəbul olunan magistrlar proqram çərçivəsində Böyük Britaniyaya səfər edəcək, əsas təlim modullardan birini Şeffield Hallam Universitetində keçəcəklər.

 

Əlavə məlumat üçün: //www.facebook.com/asapesmedia

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza